Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK İdman-Sağlamlıq Mərkəzinin idmançıları III MDB Oyunlarında qızıl medal qazanıblar

DGK İdman-Sağlamlıq Mərkəzinin idmançıları III MDB Oyunlarında qızıl medal qazanıblar

III MDB Oyunlarında Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin idmançıları Ziya Həsənli və Məryəm Məmmədova taekvondo idman növündə uğurla çıxış ediblər.

Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində reallaşan turnirdə 63 kq çəki dərəcəsində mübarizə aparan Ziya Həsənli, 53 kq çəki dərəcəsində isə Məryəm Məmmədova gərgin keçən döyüşlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 Oktyabr 2025 11:17
195