Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları arasında keçirilən şahmat idman növü üzrə çempionat yekunlaşıb

Gömrük əməkdaşları arasında keçirilən şahmat idman növü üzrə çempionat yekunlaşıb

Dekabrın 14-də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində gömrük əməkdaşları arasında keçirilən şahmat idman növü üzrə çempionat başa çatıb.

Dövlət Gömrük Komitəsi, Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan çempionatda 65 nəfər gömrük əməkdaşı iştirak edib.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev bildirib ki,  “Heydər Əliyev ili” çərçivəsində keçirilən  silsilə tədbirlər çərçivəsində təşkil edilən çempionatın məqsədi  gömrük əməkdaşlarının fərdi bacarıqlarının, intellektual səviyyələrinin inkişaf etdirilməsinə şərait yaratmaqdır.

Çempionatı beynəlxalq dərəcəli hakimlər Nurəli Məmmədzadə və Lütfiyar Rüstəmov idarə ediblər.

Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşı Əbilxan İsayev birinci, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin əməkdaşı Elvin Quliyev ikinci, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı İbrahim Səfərli isə  üçüncü yeri tutublar.

Qarşılıqlı əməkdaşlığa görə Azərbaycan Şahmat Federasiyasının  vitse-prezidenti Faiq Həsənov, yarışın hakimləri-Nurəli Məmmədzadə və Lütfiyar Rüstəmova təşəkkürnamə təqdim edilib.

Yekunda qaliblər medallar və sertifikatlar ilə təltif olunublar.

15 Dekabr 2023 15:09
195