Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin komandası minifutbol turnirində X turun oyunlarını uğurla başa vurub

Dövlət Gömrük Komitəsinin komandası minifutbol turnirində X turun oyunlarını uğurla başa vurub

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirində X turun oyunları keçirilib.  

Bu turda Dövlət Gömrük Komitəsinin komandası İqtisadiyyat Nazirliyinin komandası ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən oyunda 2:0 hesabı ilə qalib gələn Dövlət Gömrük Komitəsinin komandası hazırda qrup lideri olaraq play-off mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 52 dövlət qurumunun komandası 4 qrup üzrə mübarizə aparır. Turnir 2023-cü ilin noyabr ayından start götürüb.

12 Fevral 2024 20:46
195