Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin komandası minifutbol turnirində play-off mərhələsini uğurla keçib

Dövlət Gömrük Komitəsinin komandası minifutbol turnirində play-off mərhələsini uğurla keçib

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirində play-off mərhələsinin oyunlarına yekun vurulub.

Bu turda Dövlət Gömrük Komitəsinin komandası Maliyyə Nazirliyinin komandası ilə qarşılaşıb.

Dövlət Gömrük Komitəsinin komandası 7:0 hesablı inamlı qələbə qazanaraq qrup mərhələsini lider olaraq tamamlayıb və adını 1/16 final mərhələsinə yazdırıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnir 52 dövlət qurumunun komandalarının iştirakı ilə 2023-cü ilin noyabr ayında start götürüb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 Mart 2024 18:05
195