Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşı Avropa çempionatında gümüş medal qazanıb

Gömrük əməkdaşı Avropa çempionatında gümüş medal qazanıb

Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşı Seymur Sadıqov bodibildinq idman növü üzrə Avropa çempionatında uğurla çıxış edib.

İspaniyanın Santa Susanna şəhərində keçirilən çempionatda 44 ölkənin idmançıları iştirak edib. Azərbaycan yarışda 28 idmançı ilə təmsil olunub.

75 kiloqram çəki dərəcəsində çıxış edən Seymur Sadıqov fəxri kürsünün ikinci pilləsinə yüksələrək gümüş medala sahib olub.

17 May 2024 18:16
195