Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin əməkdaşı növbəti dəfə dünya çempionu olub

Dövlət Gömrük Komitəsinin əməkdaşı növbəti dəfə dünya çempionu olub

İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu sanda döyüş növü üzrə dunya cempionatında gömrük əməkdaşı Nəriman Cavadzadə uğurla çıxış edib.

32 ölkənin idmançılarının iştirak etdiyi yarışda 3 döyüş keçirən DGK İdman-Sağlamlıq Mərkəzinin nümayəndəsi N.Cavadzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və 8-ci dəfə dünya çempionu adını qazanıb.

Əvvəl Macarıstan təmsilçisinə məğlub edən idmançımız fransız rəqibi ilə döyüşdə də vaxtından əvvəl nakautla qalib gəlib.

Final döyüşündə inamlı mübarizə aparan N.Cavadzadə İtaliya təmsilçisini məğlub edərək qızıl medal qazanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 May 2024 10:14
195