Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşı kung-fu üzrə dünya çempionatının qalibi olub

Gömrük əməkdaşı kung-fu üzrə dünya çempionatının qalibi olub

Dövlət Gömrük Komitəsinin əməkdaşı Elşad Şükürov İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu döyüş növü üzrə dünya çempionatının qalibi olub.

Qeyd edək ki, 23 ölkədən 870 idmançının qatıldığı yarışlarda milli komandamız  25 idmançı ilə təmsil olunub.

90 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edən idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 May 2024 18:47
195