Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin əməkdaşı yarışın qalibi olub

Dövlət Gömrük Komitəsinin əməkdaşı yarışın qalibi olub

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Gəncə şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş kütləvi qaçış tədbiri keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Gəlin birlikdə qaçaq” şüarı altında təşkil olunan yarışda respublikanın müxtəlif regionlarından olan 400-ə yaxın iştirakçı mübarizə aparıb. Ümumilikdə 11 km məsafəni əhatə edən yürüşdə müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyən olunub. 

Heydər Əliyev parkından start götürən yürüşdə Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin nümayəndəsi, Astara Gömrük İdarəsinin əməkdaşı Samir Hüseynov ümumi kateqoriyada kişilər arasında mütləq çempion adını qazanıb.

29 May 2024 17:46
195