Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrükçülər çimərlik voleybolunda uğurlu nəticə əldə ediblər

Gömrükçülər çimərlik voleybolunda uğurlu nəticə əldə ediblər

Dövlət qurumlarının əməkdaşları arasında keçirilən  çimərlik voleybolu üzrə yarışda Dövlət Gömrük Komitəsinin əməkdaşları - Ləman Qabilli və Günel Xanlarova  uğurla çıxış ediblər.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında reallaşan yarışda kişilər 11, qadınlar 6 komanda ilə təmsil olunublar.

Yekun nəticələrə görə, qadınlar arasında yarışı  AZAL birinci, Dövlət Gömrük Komitəsi ikinci, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları isə üçüncü pillədə başa vurublar.

27 Avqust 2024 18:47
195