Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Qadın güləşçimiz U-20 dünya çempionatında bürünc medal qazanıb

Qadın güləşçimiz U-20 dünya çempionatında bürünc medal qazanıb

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatında Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin idmançısı Nərgiz Səmədova bürünc medala layiq görülüb.

55kq çəki dərəcəsində mübarizə aparan qadın idmançımız  yaponiyalı Karina Honda ilə qarşılaşıb. Nərgiz Səmədova inamlı mübarizə aparıb və  “tuş”la qalib gələrək dünya üçüncüsü olub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 Sentyabr 2024 17:55
195