Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrükçülər dövlət qurumları arasında keçirilən basketbol turnirində uğurla çıxış ediblər

Gömrükçülər dövlət qurumları arasında keçirilən basketbol turnirində uğurla çıxış ediblər

Dövlət Gömrük Komitəsinin komandası dövlət qurumları arasında keçirilən  3x3 basketbol turnirində uğurlu nəticə əldə edib.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Avropa Oyunları Parkında xüsusi quraşdırılmış basketbol meydançasında reallaşan 8 dövlət qurumunun təmsil olunduğu yarışda Dövlət Gömrük Komitəsinin komandası da adını qaliblər sırasına yazdırıb.

Yekun nəticələrə görə kişilər arasında AZAL, Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi fərqləniblər. Gömrükçülər turnirini üçüncü pillədə başa vurublar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 Sentyabr 2024 18:03
195