Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsində “Açıq qapı” günü keçirilib

Dövlət Gömrük Komitəsində “Açıq qapı” günü keçirilib

Dekabrın 24-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Dövlət Gömrük Komitəsində “Açıq qapı” günü təşkil olunub.

Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin dəstəyi ilə gömrük əməkdaşlarının övladları üçün keçirilən tədbir çərçivəsində uşaqlar valideynlərinin iş fəaliyyəti ilə tanış olub, dünyagörüşlərinin artırılması istiqamətində maarifləndirici proqramda iştirak ediblər.

Eyni zamanda ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və  Birinci vitse-prezident Mehriban Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğılarını əks etdirən videoçarx nümayiş olunub. Uşaqlar, həmçinin gömrük xidmətinin müxtəlif sahələrinə dair maarifləndirici videoçarxa da baxıblar, əyləncəli oyunlara qatılıblar.

 Daha sonra uşaqlar  Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində yetişdirilən kinoloji xidmət itlərinin iştirakı ilə hazırlanan səhnəciklərə tamaşa ediblər.

Tədbir çərçivəsində gömrük xidmətinin fəaliyyəti mövzusunda gömrük orqanı əməkdaşlarının və övladlarının iştirakı ilə keçirilən fotomüsabiqənin qalibləri elan edilib və onlara hədiyyələr təqdim olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 Dekabr 2022 18:23
195