Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Lənkəranda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial aksiya keçirilir

Lənkəranda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial aksiya keçirilir

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, TƏBİB və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sentyabrın 13-14 tarixlərində Lənkəran rayonundan olan şəhid və qazi ailələrinin üzvləri üçün ödənişsiz tibbi-sosial aksiya keçirilir.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən aksiyada Mərkəzi Gömrük Hospitalının 20-yə qədər yüksəkixtisaslı həkim və tibb personalı şəhid və qazi ailələrinin üzvlərinə tibbi xidmət göstərir.

DGK Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov bildiriblər ki, dövlətimizin başçısı şəhid ailələri və qazilərə daim qayğı göstərərək onlara xüsusi həssaslıqla yanaşır və səhiyyə sahəsində çalışan hər bir tibb işçisi də bu kateqoriyadan olan insanlara eyni həssaslıqla yanaşmalıdırlar.

Səhhətində hər hansı problem aşkar edilən vətəndaşlar ehtiyac yarandığı halda sonrakı mərhələlərdə Bakı şəhərindəki daha ixtisaslaşmış mərkəzi xəstəxanalara yönləndirilərək onların müalicələri davam etdiriləcək. Aksiya çərçivəsində şəhid ailələri, qazilər və onların ailə üzvləri dərman vasitələri ilə də təmin olunacaq.

DGK Tibbi Xidmət İdarəsi analoji aksiyaların ölkəmizin digər rayonlarında da keçirilməsini planlaşdırır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

13 Sentyabr 2022 10:41
195