Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları “Ölülər” tamaşasını izləyiblər

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları “Ölülər” tamaşasını izləyiblər

Naxçıvan Baş Gömrük İdarəsi və tabeliyində olan struktur bölmələrinin əməkdaşları Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı birliyinin təşkilati dəstəyi ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram teatrının hazırladığı “Ölülər” tamaşasını izləyiblər.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, səhnə tərtibatçısı əməkdar rəssam Səyyad Bayramov, musiqi tərtibatçısı Azər Cəfərlidir.

“Ölülər” tamaşasının Naxçıvan Dövlət Milli Dram teatrındakı nümayişi gömrükçülər tərəfindən alqışlarla qarşılanıb.

3 Oktyabr 2024 16:08
195