Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gəncə Gömrük İdarəsinin əməkdaşları valideyin himayəsindən məhrum olmuş uşaqları ziyarət ediblər

Gəncə Gömrük İdarəsinin əməkdaşları valideyin himayəsindən məhrum olmuş uşaqları ziyarət ediblər

31 dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Gəncə Gömrük İdarəsinin əməkdaşları “Gəncə uşaq evi”ndə valideyin himayəsindən məhrum olmuş uşaqları ziyarət ediblər.

Tədbir cəmiyyətin həssas qrupuna aid, valideyin himayəsindən məhrum olmuş uşaqlara diqqət, mənəvi qayğı göstərmək məqsədilə keçirilib.

65 uşağın təlim-tərbiyə aldığı müəssisədə Gəncə Gömrük İdarəsi tərəfindən bayram süfrəsi açılıb, yeni il personajlarının iştirakı ilə əyləncəli tədbir keçirilib.

Tədbir çərçivəsində uşaqların hazırladığı səhnəciklər, şeir və rəqs nümunələri də nümayiş etdirilib.

Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.

18 Dekabr 2023 17:59
195