Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Növbəti “Peşəkar sürücü-səriştə turniri” keçirilib

Növbəti “Peşəkar sürücü-səriştə turniri” keçirilib

Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən sürücülər arasında növbəti “Peşəkar sürücü-səriştə turniri” keçirilib.

Turnirin məqsədi sürücülərin peşə vərdişlərinin, bilik və bacarıqlarının, həmçinin yol hərəkəti təhlükəsizliyinə diqqətin artırılması, çətin və məsuliyyətli peşə sahiblərinin əməyinə diqqət göstərilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi və motivasiyalarının yüksəldilməsidir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində keçirilən turnir çərçivəsində sürücülərin peşəkarlıq səviyyəsi xüsusi parkurda nəqliyyat vasitəsinin qüsursuz idarə edilməsi, zamana qarşı yarışda yüksək səriştəlilik, təhlükəli vəziyyətlərin öhdəsindən gəlmək bacarığı meyarlarına əsasən müəyyənləşdirilib.

Xanlar Qəribov 1-ci, Elvin Müslümov 2-ci, Fariz İsmayılov 3-cü yerə layiq görülüblər.

Qaliblərin mükafatlandırılması mərasimində Dövlət Gömrük Komitəsinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin  rəhbərliyi iştirak edib. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev sürücülərin əməyinə qiymət verilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından tədbirin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov gömrük sistemində fəaliyyət göstərən sürücülərin gömrük işinin təşkilinin müxtəlif sahələrində mühüm və məsuliyyətli vəzifələrin öhdəsindən gəldiyini diqqətə çatdırıb. O da qeyd olunub ki, turnir sürücülərin bacarıqlarının artırılmasına xidmət göstərəcək.

Sonda qaliblərə diplomlar və hədiyyələr təqdim edilib. 

12 Fevral 2024 09:10
195