Alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı depozitin tətbiqinə başlanacaq
Alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı depozitin tətbiqinə başlanacaq
Alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı yarana biləcək gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 258.1.4 –cü maddəsinə əsasən 2024-cü il 1 oktyabr tarixindən etibarən təminat üsulu olaraq depozitin tətbiqinə başlanacaq.
Təminatın məbləği tranzit daşımasını həyata keçirən hər nəqliyyat vasitəsinə münasibətdə minimum 200 000 (iki yüz min) ABŞ dolları ekvivalentində müəyyən edilib. Gömrük bəyannaməsi təsdiq edildiyi gün vəsaitin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq manat ifadəsində banka depozit şəklində qoyulmasına dair təsdiqedici sənəd gömrük orqanına təqdim olunmalıdır.
Tranzit daşımaları zamanı təminat tələb olunan alkoqollu içkilərin və tütün məmulatlarının XİF MN kodları ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür.
TÜTÜN MƏMULATLARI ÜZRƏ XİF MN KODLAR |
2402 |
240311 |
2403191009 |
2403199009 |
240391 |
2403991000 |
2403999003 |
240411 |
ALKOQOLLU İÇKİLƏR ÜZRƏ XİF MN KODLAR |
2203 |
2204 |
2205 |
2206 |
220710 |
2208 |
Qeyd. Əlavə suallarla bağlı “195” Çağrı mərkəzinə müraciət edilə bilər.