Ümumdünya Gömrük Təşkilatının ekspertləri ilə görüş keçirilib
Ümumdünya Gömrük Təşkilatının ekspertləri ilə görüş keçirilib
İyunun 17-də Dövlət Gömrük Komitəsində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) dürüstlük üzrə ekspertləri xanım Mersedes Cano və Takayuki Fukuşimo ilə görüş keçirilib.
Görüşdə ÜGT ilə Azərbaycan gömrüyü arasındakı uzunmüddətli, işgüzar münasibətlərdən məmnunluq ifadə edilib, həmçinin şəffaflıq sahəsində yeni yanaşmaların, qabaqcıl təcrübələrin öyrənilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanda şəffaflığın təmin edilməsi istiqamətində xüsusi dövlət proqramının mövcudluğu, strateji hədəflərin müəyyənləşdirildiyi, o cümlədən gömrük sistemində də həmin proqrama uyğun olaraq uzunmüddətli fəaliyyət planının hazırlandığı diqqətə çatdırılıb. Bu istiqamətdə uğurlu nəticələrin əldə edilməsi üçün gömrük sistemində elektron həllərin tətbiqinin genişləndirildiyi, əməkdaşların potensialının artırılması üçün aidiyyəti dövlət qurumları ilə birlikdə təlimlərin təşkil olunduğu bildirilib. ÜGT ekspertləri tərəfindən mövzu ilə bağlı gömrük əməkdaşları üçün keçiriləcək seminarın yeniliklərin öyrənilməsi və bu istiqamətdə potensialın gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi