Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xüsusi üsulla gizlədilərək 112 kiloqramdan artıq narkotik vasitə - heroinin keçirilməsinin qarşısı alınıb

Xüsusi üsulla gizlədilərək 112 kiloqramdan artıq narkotik vasitə - heroinin keçirilməsinin qarşısı alınıb

Təfərrüatlar

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya “hazır qida məhsulları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub.

Gizlətmə üsulu

Yoxlama zamanı narkotik vasitə 1218 ədəd  plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb. 
Çətinləşdirilən üsuldan istifadə edilməklə gizlədilmiş heroinin xalis təmiz çəkisi 112 kq 761,757 qram olub.  

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 Avqust 2026 08:39
195