Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov iyulun 22-də saat 10:00-da Naxçıvan şəhərində Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasında (ünvan: Naxçıvan şəhəri, Əziz Əliyev küç. 110) Naxçıvan şəhərindən, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonları  sakinlərinin  gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla ( https://customs.gov.az/az/muracietler/sedre-mektub ) qəbula yazıla bilərlər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

17 İyul 2023 10:34
195