Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun  sentyabrın 29-na nəzərdə tutulmuş vətəndaş qəbulu sentyabrın 26-na keçirilib.

Dövlət Gömrük Komitəsi sədri Şahin Bağırov sentyabrın 26-da saat 10:00-da Yevlax şəhərində Yevlax Gömrük Postunun inzibati binasında (ünvan:Yevlax şəhəri, Bakı prospekti 28) Yevlax və Mingəçevirdən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Yevlax və Mingəçevir şəhərlərinin sakinlərinin  gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Sentyabr 2023 10:53
195