Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov noyabrın 25-də saat 11:00-da Horadiz şəhərində yerləşən Muğam Mərkəzində (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti) Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Füzuli, Beyləqan və Xocavənd rayonları sakinlərinin  gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 Noyabr 2022 14:45
195