Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov fevralın 24-də saat 11:00-da Saatlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Saatlı şəhəri, Heydər Əliyev prospekti 166) Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı Saatlı, Sabirabad və İmişli rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi