Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ümumdünya Gömrük Təşkilatının Baş katibinə “UNEC-in Fəxri doktoru” diplomu təqdim olunub

Ümumdünya Gömrük Təşkilatının Baş katibinə “UNEC-in Fəxri doktoru” diplomu təqdim olunub

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya Azərbaycan Dövlət İqtisad Universitetində olub.

UNEC-in rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq, universitetin fəaliyyət istiqamətləri, ixtisaslar, təhsil formaları, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Ümumdünya Gömrük Təşkilatının Baş katibinin universitetə səfərinin və tələbələrlə görüşünün əhəmiyyətini diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov tələbələrlə görüşdən məmnunluğunu ifadə edərək, UNEC-də aparılan islahatları yüksək qiymətləndirib. UNEC ilə Dövlət Gömrük Komitəsinin Akademiyası arasındakı əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyəti vurğulanıb, tələbələrə Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi və tranzit gömrük prosedurunun sadələşdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verilib.  

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya beynəlxalq gömrük sistemi və beynəlxalq ticarətlə bağlı həyata keçirilən layihələrdən bəhs edib. Sonra tələbələrin inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan üçün tarifsiz sərhədin tətbiqi, sadələşdirilmiş tranzit qaydaları və s. barədə suallarını cavablandırıb.

Görüşün sonunda Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya “UNEC-in Fəxri doktoru” diplomu təqdim olunması mərasimi keçirilib.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Mart 2023 18:46
195