Gömrük orqanları tərəfindən aşkar edilən 1 tona yaxın narkotik vasitə yandırılaraq məhv edildi (FOTO, VİDEO)
Gömrük orqanları tərəfindən aşkar edilən 1 tona yaxın narkotik vasitə yandırılaraq məhv edildi (FOTO, VİDEO)
Aprelin 26-da 1964 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 646 kq 593, 396 qr və 80944 ədəd həb müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, eləcə də 39031 ədəd çətənə bitkisi, həmçinin güclü təsiredici maddələr aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib. Proses Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilib. Məhv edilən narkotik vasitələrin qara bazardakı qiyməti 223 milyon AZN təşkil edir.
Müvafiq məhkəmə hökmlərinə əsasən məhv edilən narkotik vasitələr üzrə 40 fakt gömrük orqanları tərəfindən aşkar olunub.
Ümumilikdə gömrük orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılan 941 kq 913 qr heroin, 416 qr kokain, 10 kq 35 qr qurudulmuş marixuana, 7 kq 939 qr həşiş qətranı, 4 kq 920 qr tiryək, 796 həb metadon, 7 qr çətənə narkotik vasitələr, 298 qr Metamfetamin, 575,388 qr MDMB 4en PİNACA, 3015 həb MDMA, 1607 həb Diazepam, 891 həb Clonazepam, 195 həb Alprozolam, 2 həb Oxazepam, 926 həb Phenobarbital 100 psixotrop maddələr, 1522 kapsul Preqabalin, 300 həb Tramadol, 299 həb Ergotamin, 189 həb Gabapentin güclü təsiredici maddələr yandırılaraq məhv edilib.
Dövlət Gömrük Komitəsi tərəfindən məhvetməyə təqdim edilən narkotik vasitələr və psixotrop maddələrin Avropa qara bazarlarında orta pərakəndə satış qiyməti 41 314 000 (qırx bir milyon üç yüz on dörd min) Avrodan çoxdur.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, gömrük orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılan 941 kq 913 qr heroinin təxminən 99%-i cənub sərhədlərindən ölkə ərazisinə daxil olan, Azərbaycandan tranzit keçirilməklə müxtəlif Avropa ölkələrinə nəql edilməsi nəzərdə tutulan narkotik vasitədir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi