Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov iyunun 16-da saat 09:00-da Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Quba və Qusar rayonları  sakinlərinin  gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 İyun 2023 15:08
195