Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

ÜGT Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası keçirilir

ÜGT Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası keçirilir

İyunun 22-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında ÜGT Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası işə başlayıb.

Sessiyanın ilk iş günündə Ümumdünya Gömrük Təşkilatı Strateji Planının icrasına dair ÜGT-nin Baş katibi Kunio Mikuriyanın məruzəsi dinlənilib.
Sonra potensialın gücləndirilməsi, tarif və ticarət, mənşə qaydaları, dəyərləndirmə, malların nomenklaturası və təsnif edilmə məsələləri üzrə hesabatlar dinlənilib və müzakirələr aparılıb.

Azərbaycan gömrük xidməti müzakirələrdə iştirak edərək ÜGT Baş katibinin məruzəsi, eləcə də potensialın gücləndirilməsi, tarif və ticarət məsələləri ilə bağlı münasibətini bildirib və təkliflər irəli sürüb, eləcə də, ümumi koordinasiya baxımından ÜGT-nin potensialın gücləndirilməsi üzrə regional ofislərin fəaliyyətinin inkişaf perspektivliyinin vacibliyini vurğulayıb.
Sessiyada ÜGT-nin Baş katibi vəzifəsinə namizədlər - Philippe Kokou Tchodie (Toqo) və İan Saunders (ABŞ) təqdimatlarla çıxış ediblər.

Daha sonra Azərbaycan nümayəndə heyəti Belçika Krallığının Maliyyə Nazirliyi yanında Baş Gömrük və Aksiz İdarəsinin sədri Kristian Vandervaerenin rəhbərlik etdiyi  nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkənin gömrük orqanları arasında əlaqələrin inkişafından, birgə əməkdaşlığın perspektivlərindən bəhs edilib, ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətinin gücləndirilməsi, bu istiqamətdə imkanların artırılması, eləcə də gömrük dəyərinin müəyyən edilməsi, həmçinin elektron ticarətdə dəyərin müəyyən edilməsi sahəsində təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.

23 İyun 2023 12:07
195