Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mimi

Mimi

Mimi dişi, labrador cinsinə məxsus itdir. Labrador retriever sahibinin məmnuniyyətini düşünən, sakit, maraqlı, sadiq it cinsidir. Kanadanın Nyufaund əyalətindəki Sent Conda yaranıb. Labrador retriever itləri çox ağıllıdır və onları öyrətmək çox asandır. Onlar açıqlıq, empatiyaya meyil və bütün canlılara sevgi ilə fərqlənirlər.   

•  2021-ci il 6 noyabr tarixinə Astara gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasından tranzit keçməklə Moldova Respublikasına "kişmiş yükü" aparan yük nəqliyyat vasitəsinə xidməti it tətbiq edilməklə yoxlama keçirilib. Bu zaman xidməti it avtomobilin dartıcısının sol ətrafına reaksiya verib. Gömrük baxışı zamanı iki hissəyə bölünmüş yanacaq çəninin bir hissəsində qablaşdırılması ilə birlikdə çəkisi 301 kq 475 qram olan narkotik vasitə - heroin aşkar edilib.

•  2021-ci il 19 apreltarixində Astara gömrük postunda İran İslam Respublikasından gələrək ölkə ərazisindən tranzit keçməklə Rusiya Federasiyasına "mebel" yükü aparan yük avtomobilinə gömrük baxışı keçirilməsi üçün xidməti it tətbiq olunub. Xidməti it xüsusi işarə və hərəkətlərlə avtomobilin qoşqusunun ətraflarına reaksiya verib. Daha sonra  instruktor-kinoloq Zəka Fərzullayev tərəfindən ona təhkim edilmiş “Mimi” ləqəbli xidməti it tətbiq edilməklə mebel  yükünə baxış keçirilib. yoxlama zamanı divan və kresloların qoltuqlarında xüsusi düzəldilmiş yerdə, gömrük nəzarətindən gizlədilmiş şəkildə və falqaya yerləşdirilmiş 34 ədəd bağlamanın içərisində sellofan paketə bükülü vəziyyətdə ümumi çəkisi 43 kq 491 qram olan narkotik vasitə - həşiş aşkar edilib.

Nailiyyətlərindən ibarət video çarx

Nailiyyətlərindən ibarət video çarx 2

 

195