Rəhbərlik
Məlumat
Qəbul günləri:
Hər ayın I və III həftəsinin bazar ertəsi
10 avqust 1970-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur.
1987-ci ildə Biləsuvar rayon N.Gəncəvi adına 1 saylı tam orta məktəbi gümüş medalla bitirmişdir.
1988-ci ildə N.A.Voznesenki adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına qəbul olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1993-1996-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.
1999-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində, 2001-2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir.
2006-2011-ci illərdə “Ataholdinq”ASC-də departament direktoru vəzifəsində çalışmışdır.
2011-2020-ci illərdə Vergilər Nazirliyində baş idarə rəisi, 2020-2022-ci illərdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 9 fevral 2015-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə”medalı, 11 fevral 2020-ci il tarixdə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2022-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 3 (üç) övladı var.