Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Rəhbərlik

Həmidli Vüqar Sabir oğlu
Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi
Gömrük xidməti polkovniki
+99412 404-22-24
vugar.hamidli@customs.gov.az
Photo
Məlumat

1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1993-cü ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirərək Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olmuş, 1997-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini “Tarix” ixtisası üzrə bakalavr, 1999-cu ildə həmin ixtisas üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə bitirmişdir.

1999-2002-ci illərdə Bakı Dövlət Universitetində orta əsrlər tarixi və Altayşünaslığın əsasları fənlərini tədris etmişdir.

2003-cü ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlərin nəzəriyyəsi” ixtisası üzrə aspiranturanı bitirmişdir. 

2004-cü ildə Azərbaycan Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsini bitirmişdir.

2003-cü ildən gömrük orqanlarında fəaliyyətə başlayaraq Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsinin böyük inspektoru, həmin idarənin İkitərəfli gömrük əməkdaşlığı şöbəsinin baş inspektoru, Beynəlxalq Əməkdaşlıq İdarəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və protokol bölməsinin rəisi, idarənin Protokol və xarici dövlətlərdəki nümayəndəliklərlə iş şöbəsinin rəisi, Beynəlxalq müqavilələrlə iş şöbəsinin rəisi, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifələrində xidmət etmişdir. 

2007-ci ildə Macarıstan Respublikasının Budapeşt və Amerika Birləşmiş Ştatlarının Rozvel şəhərlərindəki Beynəlxalq Hüquq Mühafizə Akademiyalarında uzunmüddətli ixtisasartırma kurslarında iştirak etmişdir.

2007 və 2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasının Xarici Siyasəti” mövzusunda kursları müvaffəqiyyətlə bitirmişdir.

2025-ci ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, bir övladı var.

195