Rəhbərlik
Məlumat
1962-ci ildə anadan olmuşdur.
1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuş, 3-cü kursu bitirdikdən sonra təhsilini davam etdirmək üçün 1982-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmiş və 1986-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. İkinci ali təhsilini 1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda almış , iqtisadçı ixtisasına yiyələnmişdir.
1986 – 1992-ci illlərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində, “Maddə quruluşu” kafedrasında müxtəlif vəzifələrdə çalışmışdır.
1992 – 1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində (mütəxəssis, aparıcı mütəcəssis, şöbə rəisinin müavini, idarə rəisinin müavini, İdxal-ixrac əməliyyatları İdarəsinin rəisi, Nazirliyin kollegiyasının üzvü) çalışmış, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Xarici İqtisadi Əlaqələr Nazirliyinin ləğv olunması ilə əlaqədar tutduğu vəzifədən azad olunmuşdır.
1998 – 2000-cu illərdə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsində (şöbə rəisi, Dövlət əmlakının idarə olunması İdarəsinin rəisi, Komitənin kollegiyasının üzvü) çalışmış, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Dövlət Əmlak Komitəsinin ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad olunmuş, Dövlət Əmlak Komitəsinin Ləğvetmə Komissiyasının sədri olmuşdur.
2001 – 2011-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətində İnvestisiyaların idarə olunması və iqtisadi təhlil departamentinin direktoru (2001-2002), daha sonra Bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini (2002-2011) vəzifələrində calışmışdır.
2012 – 2018-ci illərdə BOKT “Embafinans” MMC-də Müşahidə Şurasının sədri, 2018-ci ildə ASC “Xalq” Bankında İşlər İdarəsinin rəisi, 2019-cu ildə “AKELİK Group” ASC-nin İdarə Heyətinin sədri olmuşdur.
2019 – 2022-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tariflərin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmışdır. 2022-ci ildə Komitənin Katibliyinin rəisi vəzifəsinə təyin olunmuşdur.
1988-ci ildən ailəlidir, üç qızı və bir oğlu var.