Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Rəhbərlik

Quliyev Bəhruz Faiq oğlu
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Gömrük xidməti general-mayoru
+99412 404-22-01
behruz.quliyev@customs.gov.az
Photo
Məlumat
Qəbul günləri: Hər ayın I və IV həftəsinin cümə axşamı

30 sentyabr 1981-ci ildə Tovuz rayonunda anadan olmuşdur.

2003-cü ildə Milli Aviasiya Akademiyasının Avianəqliyyat İstehsalatı fakultəsinin əyani şöbəsinə daxil olmuşdur.

2008-ci ildə həmin Akademiyanı avianəqliyyat istehsalatının təşkili ixtisası üzrə bitirmişdir. 

2011-ci ildə Baki Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuş, 2015-ci ildə Hüquqşünas ixtisasını bitirmişdir. Milli Aviasiya Akademiyasının Doktorantıdır 

2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləmişdir.

7 yanvar 2022-ci ildən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Rəisi vəzifəsinə təyin olunmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2022-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2023-cü il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

2018-ci ildə  “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı, 2021-ci ildə  "Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə görə" medalları ilə təltif olunub.

Ailəlidir, 4 övladı var.

195